Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qəzzada tullantı sularında uşaqları iflic edən virus aşkarlandı
Qəzza zolağında çirkab sulardan götürülən nümunələrdə uşaqlarda iflic yaradan virus - poliomielit aşkarlanıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən bildirir.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada anklavda qurumla Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) koordinasiyalı şəkildə çirkab su nümunələri üzərində apardıqları sınaqların nəticələri paylaşılıb.
Məcburi köçkünlərin çadırları arasında və bölgə sakinlərinin məskunlaşdığı yerlərdə yığılıb qalan və axan tullantı sularında uşaqların iflic olmasına gətirib çıxaran virus aşkar edilib.
Açıqlamada qeyd edilib ki, bu, sağlamlıqla bağlı fəlakətin xəbərçisidir. Belə ki, minlərlə insan bu xəstəliyə yoluxma riski altındadır.
Suyun kanalizasiya suları ilə çirkləndiyi, tonlarla zibilin yığıldığına diqqət çəkilib və təmiz su təminatının, kanalizasiya xətlərinin təmirinin və köçkünlərin məskunlaşdığı yerlərdə əhalinin sıxlığının azaldılmasının zəruriliyi vurğulanıb.
"Fələstin" teqi üzrə xəbərlər
- HƏMAS Trampdan müharibənin yenidən başlamayacağına dair zəmanətli məktub alıb
- Makron Fələstin məsələsinə görə Britaniyaya təzyiq göstərir
- "Palestine Action" terror təşkilatı elan edilib
- Ehtiyacı olan fələstinlilər üçün 500 min avro toplayan bloqer pulları maşınlara və "Rolex"ə xərclədi
- Fələstin səfiri Qarabağın gözəlliyinə heyran qalıb: "Buraya sevinclə qayıdacağam"