Son zamanlar pirsinq taxan gənclərin sayı çoxalıb. Onların bəziləri bununla öz fərqliliklərini nümayiş etdirdiklərini deyirlər.
Ancaq cəmiyyətimizdə pirsinqə münasibət birmənalı deyil. Bəziləri düşünür ki, pirsinq taxmaq mentalitetimizə, milli-mənəvi dəyərlərimizə ziddir. İnanclı insanlar isə hesab edirlər ki, bu, İslami dəyərlərə cavab vermir.
Azərbaycana bu tendensiya Qərbdən gəlib və ölkə ictimaiyyətində kifayət qədər populyarlıq qazanıb.
Hazırda ölkənin bir çox salonlarında pirsinq üzrə ustalar xidmət göstərir. Qadınlarla yanaşı, kişilər də artıq bu xidmətə müraciət edirlər.
Oxu.Az şəhərimizdəki pirsinq salonlarının birindən fotoreportajı və videonu təqdim edir: