Masallı şəhərində ümumi sahəsi 450 m² olan binada mebel sexinin qurutma otağında mebel aksesuarları 8 m² sahədə və dam örtüyünün şüşə-pambıq üzlüyü 80 m² sahədə yanıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
19:30
Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel sexində baş vermiş yanğın söndürülüb.
FHN-dən verilən xəbərə görə, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
18:30
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel fabrikində yanğın olması barədə məlumat daxil olub.
Bu barədə FHN xəbər yayıb.
Məlumat qəbul edilən kimi FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli binanın birinci mərtəbəsindədir. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.