Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

FHN-in xilasediciləri intihara cəhdin qarşısını alıblar
Ötən gün gecə saatlarında intihara cəhd hadisəsi olub. Belə ki, bir nəfər vətəndaş Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində körpüyə çıxaraq intihara cəhd edib.
Oxu.Az xəbər verir ki, bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-ci il təvəllüdlü Mövsüm Camal oğlu Bayramov tunelin üzərində yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd edir.
Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, körpüdən düşürülüb.
"İntihara cəhd" teqi üzrə xəbərlər
- Qaldırıcı krana çıxıb intihar etmək istəyən şəxs xilas edildi - ANBAAN GÖRÜNTÜLƏR
- İntihara cəhd edən gənc şairin vəziyyəti AÇIQLANDI
- Rusiyada rayon başçısı kafedən çıxarkən güllələndi
- Özünü öldürmək istəyən Həsən Kürün son vəziyyəti ilə bağlı AÇIQLAMA - Dostu danışdı
- İntihara cəhd edən gənc şairin vəziyyəti açıqlandı