Türkiyənin məşhur aktyoru Ufuk Özkan reanimasiyaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə aktyorun qardaşı Ümit Özkan məlumat verib.
Xatırladaq ki, daha əvvəl Ufuk Özkanın intihara cəhd etdiyi iddia olunmuşdu. Lakin aktyor bu xəbərləri təkzib etmişdi.
Türkiyənin məşhur aktyoru Ufuk Özkan intihar etdiyi barədə yayılan xəbərləri təkzib edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Gazete Magazin" saytında verilib.
"Məni öldüməyə çalışırlar? Yay boyu çox işlədiyim üçün üzümdə ekzema (dəri xəstəliyi) yarandı və vaxtaşırı xəstəxanaya gedib-gəlirəm. Çəkilişdə oluram və yarış verilişinin aparıcısıyam, ona görə də hesab edirəm ki, ekzema makiyaj səbəbindən əmələ gəlib. Evdə dincəlirəm və iki gündən bir müayinədən keçirəm" , - deyə aktyor bildirib.
Türkiyənin məşhur aktyoru, "Geniş Aile" serialında canlandırdığı "Cevahir" obrazı ilə tamaşaçıların sevgisini qazanan Ufuk Özkanın intihara cəhd etdiyi iddia olunub.
Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Bildirilir ki, aktyor Beşiktaşdakı evində özünə qəsdə cəhd edib və təcili şəkildə xəstəxanaya aparılıb.
Məlumatda qeyd olunur ki, hazırda Özkan həkimlərin nəzarəti altındadır.
Qeyd edək ki, bir müddət əvvəl aktyor qaraciyər çatışmazlığı səbəbindən xəstəxanada müalicə almış, hətta orqan köçürülməsi üçün gözləyənlərin siyahısına daxil edilmişdi. Səhiyyə Nazirliyi də bu prosesə müdaxilə etmişdi. Lakin dərman müalicəsi nəticəsində o, transplantasiyaya ehtiyac qalmadan sağlamlığına qovuşmuşdu.