Bakıda sərnişinlə avtobus sürücüsü arasında baş verən insidentin təfərrüatı məlum olub.
Belə ki, sərnişin avtobusun orta qapısından minərək ödəniş etməkdən imtina edib. Sürücünün buna irad bildirməsi isə onun döyülməsi ilə nəticələnib.
"Məni təhqir etməyə başladı, arxa qapını açmağımı istədi. Elə bildim düşüb gedir, lakin ön qapıdan gələrək mənə 8 ağır zərbə vurdu. Polisə zəng etdim. Qaçmasın deyə tutmaq istəyəndə məni boğdu. Burnumdan qan açıldı, ürəyim bulandı. Təcili tibbi yardım vasitəsilə xəstəxanaya apardılar. Polisə müraciət etmişəm", - deyə zərərçəkən sürücü Kamran Qafarov bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Bakıda sərnişinlə avtobus sürücüsü arasında baş verən insidentlə bağlı polis araşdırma aparır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, insident Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırılır.
Zərərçəkmiş şəxsin izahatı alınıb. Əməli törədən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bakıda sərnişinlə avtobus sürücüsü arasında insident yaşanıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
"Azland Plaza" şirkətinin rəhbəri Ramiz Tağıyev bildirib ki, 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Kamran Azər oğlu Qafarov sərnişin tərəfindən döyülüb.
İddiaya görə, insident sürücünün sərnişindən ödəniş etməsi tələbindən sonra baş verib.
Faktla bağlı polisə məlumat verilib.
Həmin görüntüləri təqdim edirik: