Bakıda intihar cəhdinin qarşısı alınıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, Xəzər rayonunda bir nəfərin intihar etmək məqsədilə yüksək gərginlikli elektrik dirəyinə çıxması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 04:44-də başa çatıb.
Z.Q.
www.oxu.az