Şirvanda 46 yaşlı kişi intihara cəhd edib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində Şirvan şəhərinin Bayramlı qəsəbəsində yaşayan, 1969-cu il təvəllüdlü Hüseynov Ələddin Nazim oğlu özünü intihar məqsədi ilə çaya atıb.
Adıçəkilən şəxs Şirvan sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.
Əməliyyat saat 21.00-da başa çatıb.
E.Ə.
www.oxu.az