Pakistanda dəhşətli dərəcədə isti keçən havalar nəticəsində ən azı 140 nəfər zərər çəkib, Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
“Şənbə günündən başlayaraq 131 nəfər Karaçidə və doqquz nəfər isə Sind əyalətinin müxtəlif rayonlarında həlak olub”, - regionun Səhiyyə Nazirliyi bildirib.
Hökumət bütün xəstəxanalarda fövqəladə vəziyyət elan edib, həkimlərin və bütün tibbi personalın məzuniyyətləri ləğv edilib.
Karaçidə havanın temperaturu 45 dərəcəyə çatır.
Meteoroloqlar Pakistanda rekord hava temperaturunun tezliklə enəcəyini bildiriblər.