Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fuad Nurullayev: "Qurban bayramında heyvan kəsimi əvəzinə pul paylamaq, ərzaq alıb vermək olmaz"
"Əksər məscidlərdə bayram namazı saat 09:00-10:00 arası qılınır. Yalnız Əjdərbəy məscididir ki, orada bayram namazı saat 08:00-da qılınır".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.
"Bu da ondan irəli gəlir ki, orada sünni-şiə camaatı vəhdətdədir. Onların bir qismi namazı qılıb gedir, daha sonra digərləri gəlir", - sədr müavini əlavə edib.
Fuad Nurullayev rayon və şəhərlərdə namaz vaxtının məscid rəhbərləri tərəfindən təyin olunmasını tövsiyə edib:
"Bayram günü insanlar qurban kəsimindən sonra da namaz qıla bilərlər. Qurban günü heyvanın kəsilməsi dinimizdə yalnız Məkkədə olan insanların üzərində bir növ öhdəlikdir".
"Bizdə dövlət səviyyəsində bayram iki günlük olsa da, İslam dinində qurban bayramı üç gündür. Heyvan kəsimi də üç gün ərzində həyata keçirilə bilər. Maddi vəziyyəti normal olan, ailəsini dolandıra bilən şəxslərin qurban kəsməsi məqsədəuyğundur. Bayramda heyvan kəsimi əvəzinə pul paylamaq və yaxud da o pula ərzaq alaraq kimlərəsə vermək olmaz", - deyə sədr müavini qeyd edib.
Nəzrin Vahid
"Fuad Nurullayev" teqi üzrə xəbərlər
- Aşura mərasimi hansı məscidlərdə keçiriləcək? - AÇIQLAMA
- Nişanlı qız üçün qurban kəsilməsi günahdırmı?
- QMİ rəsmisindən ETİRAZ: “Ramazandan istifadə edib insanları aldadırlar”
- Ramazanda fəaliyyəti dayanan şadlıq sarayları: “Toy etməmək dinlə bağlı bir məsələ deyil” - ARAŞDIRMA + FOTO
- Ayağını qəbrinə görə uzat və ya dəfn xərcləri artırılacaqmı? - AÇIQLAMA + FOTO
Rəylər