Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Futbola aparmaq adı ilə aldatdı, döyüb telefonunu əlindən aldı
Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Rüstəm Rüstəmovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, Suraxanı Rayon Məhkəməsinin çıxardığı altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilib. Onun cəzası 4 il 8 aya qaldırılıb.
İttihama görə, hadisə 7 aprel 2021-ci il tarixdə, saat 15 radələrində paytaxtın Suraxanı rayonunda qeydə alınıb. 1982-ci il təvəllüdlü Rüstəm Rüstəmov 2007-ci il təvəllüdlü zərərçəkmiş Qasım Qasımovda (şərti) mobil telefon olduğunu görüb, ələ keçirmək üçün onu futbol oynamaq adı ilə "103" adlı çay evinin yaxınlığındakı qəbiristanlığa aparıb. Orada zərərçəkmişin telefonunu alıb. Qasım telefonu geri almaq istəyəndə Rüstəm onun ayağından vuraraq yıxıb və sifətindən əli ilə vurub. Sonra Qasım ona bıçaq çıxarıb. Lakin Rüstəm bıçağı onun əlindən alıb, zərərçəkmişin əlini kəsərək ona xəsarət yetirib.
Hadisədən sonra Rüstəm Rüstəmov cinayət məsuliyyətinə cəlb edilib.
Rəylər