Xəbər verdiyimiz kimi, bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib.
Belə ki, hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş edib.
Baku Tv-nin əməkdaşı Zaur Hacıyev ilk səfərlə bağlı danışarkən hislərini ifadə edib:
“Bundan əvvəl başqa ölkələrə, şəhərlərə səyahət etmiş olsam da, Qarabağa getmək möhtəşəm hissdir. Ümid edirəm ki, hərkəsə qismət olarar Qarabağa səfər etmək”, – deyə o qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:
Xəbər verdiyimiz kimi, bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib.Belə ki, hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan “Az...
Rəylər