Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Füzuli, Laçın və Zəngilanda hərbçilərin Zəfər yürüşləri keçiriləcək
8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunacaq.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Hərbi qulluqçular hərbi orkestrlərin müşayiəti ilə noyabrın 8-i saat 10:00-dan 12:00-dək Bakı şəhərində aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - “AMAY” Ticarət Mərkəzi;
- Şəhidlər Xiyabanı - “Alov Qüllələri” Kompleksi - “İçərişəhər” metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı;
- “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - Nəsimi heykəli - Neftçilər prospekti.
"Azneft" teqi üzrə xəbərlər
- Dənizkənarı Bulvar ərazisində salınan velosiped zolağı ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
- “Kişi paltarı geyinib, kaska qoyuram” - 8 Martda 25 ilin neftçi xanımı ilə MÜSAHİBƏ + FOTO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
Rəylər