Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınan 21 ailə Füzuliyə çatıb.
AZƏRTAC xəbər verir ki, Füzuli şəhərinə çatan ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alıblar.
Bununla da Füzuli şəhərində 165 ailə olmaqla, 602 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
12:56
Bu gün səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınan 21 ailə Füzuliyə çatıb.
“Report” xəbər verir ki, 88 sakin doğma yurduna qovuşub.
Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanıb.
Onlar doğma yurda qovuşmağın sevincini yaşayıb, daha əvvəl Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək Vətənə qovuşmağın sevincini paylaşıblar.
07:54
Füzuli şəhərinə növbəti köç karvanı artıq yola salınıb.
Oxu.Az-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 21 ailə (88 nəfər) Füzuli şəhərinə yola salınıb.
Xatırladaq ki, Füzuli şəhərində indiyədək 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin edilib.
Daha çox şəkil burada: PhotoStock.az
Aytac Qasımova