Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Füzulidə ağır qəza: Ölən və xəsarət alanlar var
Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobil qarşıdan gələn VAZ markalı avtomobillə toqquşub. Nəticədə VAZ-ın sürücüsü, Füzuli rayon sakini 1981-ci il təvəllüdlü Elgün Bəylərov hadisə yerində həyatını itirib.
"Toyota"nın sürücüsü, qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nicat Qafar oğlu Şükürov və sərnişin, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Səlim Mərdan oğlu İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda yük avtomobili qadını vuraraq öldürüb
- Tovuzda iki avtomobil toqquşdu, altı nəfər xəsarət aldı
- Göyçayda ağır QƏZA: Xəsarət alan şəxslərin vəziyyəti AÇIQLANDI
- Cəlilabadda avtomobil AŞIB: Xəsarət alanların son vəziyyəti açıqlandı
- Qubada iki bacının həlak olduğu avtoqəzada xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI