Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mahir Xəttab azadlığa buraxıldı
Azadinfo.az saytının həbsdə olan rəhbəri Mahir Ələkbərov (Mahir Xəttab) azadlığa buraxılıb.
"Qafqazinfo" xəbər verir ki, M.Xəttaba təyin olunmuş azadlıqdan məhrumetmə cəzası başa çatıb.
O bu gün səhər saatlarında cəzaçəkmə müəssisəsindən buraxılıb.
Qeyd edək ki, Mahir Xəttab 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
İttihama görə, o, YAP Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri rəhbəri olduğu saytda və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün onunla görüşərək görüntülərin silinməsi məqsədilə 2 min manat vəsaitini hədə-qorxu ilə alıb.
Rəylər