Sentyabrın 19-da saat 1 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in üç əməkdaşı hadisə yerində həyatını itirib, altı əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.