Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Füzulidə peşə məktəbinin tikintisinə noyabrda başlanacaq
“İşğaldan azad olunan rayonlarımızın sakinləri üçün müasir peşə təhsili infrastrukturu yaradılacaq”.
“Report”un Qarabağ bürosu xəbər verir ki, bu fikirləri 15 sentyabr - Bilik Günü münasibətilə Füzuli şəhərində olan elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələrinə açıqlamasında deyib.
“Verilmiş tapşırıq ondan ibarətdir ki, ilk mərhələdə 8 peşə təhsili müəssisəsi tikiləcək. Bu məktəblər böyükhəcmli kompleks şəklində inşa olunacaq. Bunlardan birinin təməli artıq dövlət başçısı tərəfindən Füzuli şəhərində qoyulub. Peşə təhsili liseyinin 24 ay ərzində bitməsi proqnozlaşdırılır. O cümlədən, Şuşa şəhərində də peşə təhsilinin inkişafı istiqamətində işlərə başlanılacaq”, - deyə nazir qeyd edib.
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Nazir valideyn və ya müəllimlər arasında olan münaqişələrdən DANIŞDI
- Nazir: "Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır"
- Azərbaycanda neçə məktəb binası var? - Nazir AÇIQLADI
Rəylər