Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda koronavirusun yeni variantı aşkarlanıb? - Səhiyyə Nazirliyindən AÇIQLAMA
Bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantı (“Eris”) qeydə alınıb. Bu, “Omikron” ştammının yeni versiyasıdır. Artıq virusun yeni variantı Ermənistan və Türkiyədə də aşkarlanıb.
Bəs Azərbaycanda koronavirusun yeni variantına yoluxma halı baş verib?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən “Trend”in sorğusuna cavab olaraq qeyd edilib ki, Azərbaycanda koronavirusun “Eris” variantının olması barədə rəsmi məlumat yoxdur.
Qeyd edək ki, artıq 51 ölkədə yayılmış EG.5 yoluxuculuq indeksinin sələflərindən bir qədər yüksək olması ilə fərqlənir. Yaranmış vəziyyətlə əlaqədar artıq ABŞ Prezidentinin Administrasiyası amerikalıları COVID-19-a qarşı peyvənd olmağa çağırıb. Hətta Kaliforniya, Nyu-York və Corciya ştatları məcburi maska rejimi tətbiq etməyə başlayır.
"Azərbaycanda koronavirus" teqi üzrə xəbərlər
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Bu xəbərləri qaçırmayın: 02.10.2024-ün ən mühüm hadisələri
- Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət açıqlanıb - RƏSMİ
- Azərbaycanda COVID-19-un hansı ştamı yayılıb? - Təyyar Eyvazov AÇIQLADI
- Bu xəbərləri qaçırmayın: 22.08.2024-ün ən mühüm hadisələri
Rəylər