Birləşmiş Millətlər Təşkilatının Faktaraşdırıcı Komitəsi dünən verdiyi bəyanatda, keçən il əxlaq polisi tərəfindən məcburi hicab bəhanəsi ilə öldürülən 22 yaşlı gənc qız Məhsa Əmininin qətlindən bir il sonra ölkədə qadın və qızların repressiyaya məruz qaldığını, etirazçılar və qurbanların ailələrinə qarşı amansız davranıldığını bildirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Qeyd edək ki, ötən il dekabrın əvvəlində BMT İnsan Hüquqları Şurasını üzvlərinin əksəriyyəti tərəfindən İranda keçirilən kütləvi etirazların geniş şəkildə yatırılmasının ardınca müvafiq komitə yaradılıb.
Sözügedən komitə İranda insanlara qarşı artan basqılardan dərin narahatlığını ifadə edib.
Rəylər