Bu gün Azərbaycanda ən gözəl bayramlardan biri – Gül bayramı qeyd edilir.
Bu bayram qeyri-rəsmi olsa da vətəndaşlar tərəfindən o qədər sevilib ki, artıq ilin ən əsas hadisələrindən birinə çevrilib.
Axı, çiçəklərdə olan gözəlliyə biganə qalan adam yoxdur.
Bayram ümummilli lider Heydər Əliyevin ad günündə başlayır və bir neçə gün davam edir. Ənənəvi olaraq Heydər Əliyev adına parkda Azərbaycan Milli Bankının qarşısında nadir çiçəklərdən hazırlanmış rəngarəng kompozisiyalar sərgilənir. Bundan başqa, şəhərin bütün küçələrində güllərdən hazırlanmış kompozisiyalara da rast gəlmək olar.
Oxu.Az xəbər verir ki, bütün milli bayramlarda iştirak edən və bayram aksiyaları təşkil edən, ölkənin ən iri holdinqlərindən biri olan “Garant Holding” bu gün də gözəl şəhərimizdə bayram ab-havasının yaradılmasında öz əməyini əsirgəməyib.
Holdinqin yerləşdiyi binanın qarşısında ümummilli liderin çiçəklərlə haşiyələnmiş portretləri qoyulub.
Bundan başqa, parkda parka gələnlərin diqqət və marağına səbəb olacaq iki kəpənək şəklində qeyri-adi gül kompozisiyası var. Bu bayram ən çox valideynləri ilə bayram gəzintisinə çıxan uşaqlara sevinc gətirir.
“Garant Holding” eləcə də holdinqin binasının bəzədilməsilə seçilib. Bina gül təsvirlərindən ibarət plakatlarla bəzədilib. Demək olar ki, “Garant Holding” bayram şərəfinə ağ və göy rəngli işgüzar libasını rəngarəng bayram libasına dəyişib.
Qeyd etmək lazımdır ki, binanın belə bəzədilməsi şəhərimizdə ilk dəfədir, yəqin ki, bu dizayn ideyasından gələcəkdə digər şirkətlər də istifadə edəcək.
Xatırladaq ki, 2005-ci ildə fəaliyyətə başlamış “Garant Holding” ölkənin dinamik şəkildə inkişaf edən şirkətlərindən biridir.
“Garant Holding” tərkibinə daxil olan şirkətlər qrupunun fəaliyyəti və strateji qərarlarına rəhbərlik edir. “Garant Holding” şirkətlər qrupu tikinti materialları istehsalı, sığorta, telekommunikasiya, mehmanxana biznesi, sağlamlıq-əyləncə mərkəzləri, tikinti, nəqliyyat, yükdaşıma eləcə də daşınmaz əmlak və daşınmaz əmlakın idarəsi sahəsində fəaliyyət göstərir.
Dinamik şəkildə inkişaf edən Azərbaycan iqtisadiyyatında öndə olmağı qarşısına məqsəd qoyan “Garant Holding” ölkə iqtisadiyyatının tərkib hissəsidir. Holdinq 2005-ci ildən 2013-cü ilə qədər “ZQAN Holding” adlanıb, 2013-cü ilin may ayının 10-dan isə rebrendinq edərək korporativ adını “Garant Holding”-ə dəyişdi.
Gülnarə Zeynalova
Foto: Nüsrət Abdullayev
www.oxu.az