Gənc müğənnilər Nurkan və Lalə cütlüyü valideyn olmağın xoşbəxtliyini yaşayırlar.
Oxu.Az-la bu barədə öz sevincini bölüşən Nurkan həmişə qız övladı arzuladığını etiraf etdi:
“Ömrümün mənası, sevimli həyat yoldaşım Lalə mənə həmişə arzusunda olduğum qız övladını bəxş etdi. Qızımıza Elif adını vermişik. Körpəmiz mayın 6-da saat 17.00-da doğulub. Çəkisi 3.300 kq-dır. Allah olmayanlara da nəsib etsin. Məndə qız övladına qarşı bu qədər sevgi haradandır bilmirəm, amma qızım doğulduğu dəqiqə “Bu zalım dünyaya, lakin bizim isti və sevgi dolu qucağımıza xoş gəldin” dedim və ağladım”.
Aytən Sadıqzadə
www.oxu.az