“Garant Holding”in təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə növbəti dəfə keçirilən aksiya dünən start götürüb.
Şirkətdən Oxu.Az-a verilən məlumata əsasən, Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Nizami” metrosu yaxınlığında “Garant Holding iftar süfrəsinə dəvət edir” sloqanı ilə səyyar çadır quruldu.
İftar vaxtına yaxın təxminən 350 nəfər insana “Mərcan” toyuq məhsullarından hazırlanmış yüngül təamlar, su və xurma paylandı.
Eyni vaxtda şəhərin 10 nöqtəsində yerləşən işıqforlarda və nəqliyyat hərəkətinin intensiv olduğu nöqtələrdə “Garant Holding”in tərkibinə daxil olan şirkətlərin əməkdaşları tərəfindən sürücü və sərnişinlərə, həmçinin piyadalara su və xurma paylandı.
Aksiyanın birinci günü 2 500 insanı əhatə etdi.
Qeyd edək ki, “Garant Holding”in iftar aksiyası bu gün eyni qayda ilə davam edəcək, Bakı şəhərində və Ucar rayonunda svetoforlarda su və xurma paylanacaq, səyyar çadır isə Hüseyn Cavid parkında hər kəsi iftar süfrəsinə qonaq edəcək.
“Garant Holding”in iftar süfrəsinə siz də qonaq olun!