Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə Bakı-Ələt avtomobil yolunun “Bibiheybət” məscidindən şəhərə doğru olan istiqamətdə aparılan təmir işləri artıq yekunlaşıb.
Oxu.Az-a “Azəryolservis” ASC-dən verilən məlumata görə, yolun təmir olunmuş hissəsində nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Qeyd edək ki, təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəz olunub.
Qurum bilirib ki, işlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında qısa müddət ərzində keyfiyyətlə görülərək, yekunlaşdırılıb.
Ülviyyə R. Əli
www.oxu.az