Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gecə saatlarında Bakıda dəhşətli qəza: Ölən və yaralanan var
Bakının Xətai rayonunda işıqforda dayanan 3 avtomobil qəzaya uğrayıb.
APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.
Hadisə şahidlərinin dediyinə görə, "Ford Fusion" markalı avtomobil yüksək surətlə gələrkən işıqforun qırmızı işığında dayanan iki "Chevrolet" markalı nəqliyyat vasitəsinə, daha sonra "Great wall" markalı maşına çırpılıb. Zərbənin təsirindən "Ford" bordürə dəyərək əks istiqamətə keçib.
Qəza nəticəsində "Chevrolet" markalı maşının sürücüsü 1977-ci il təvəllüdlü Anar Məmmədov hadisə yerində ölüb. "Ford" markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Şabanəli Qurbanəliyev isə sol qol sümüyünün sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları qəza ilə bağlı avtotexniki ekspertiza təyin ediblər.
"Avtomobil qəzası" teqi üzrə xəbərlər
- Bakı-Quba yolunda avtomobil AŞDI: ÖLƏN var
- Göyçayda ağır QƏZA: Xəsarət alan şəxslərin vəziyyəti AÇIQLANDI
- Qaydalara əməl etməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Lənkəranda toya gedən ailənin olduğu avtomobil aşdı - Yaralıların SON VƏZİYYƏTİ açıqlandı
- Lənkəranda avtomobillər toqquşdu: Yaralıları üç təcili yardım avtomobili daşıdı