Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nepalda son 50 ilin fəlakəti: Azı 112 nəfər öldü
Həftəsonu Katmandu və ətraf ərazilərə yağan güclü yağışlar nəticəsində azı 112 nəfər ölüb, 70-ə yaxın adam itkin düşüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Nepalın paytaxtında 1970-ci ildən bəri ən yüksək yağıntı qeydə alınıb. Nəticədə alçaq ərazilərdə daşqınlar və sel baş verib.
Himalay Ştatının Meteorologiya Mərkəzinin məlumatına görə, Katmanduya orta hesabla 240, bəzi bölgələrdə isə 322 mm yağıntı düşüb.
Polis sözçüsü Dan Bahadur Karki jurnalistlərə bildirib ki, xilasetmə əməliyyatları davam etdiyi üçün ölənlərin sayı arta bilər. Xilasetmə qrupları üç mindən çox insanı təhlükəsiz yerlərə daşıyıb. Əməliyyatlara helikopterlər və motorlu qayıqlar cəlb olunub.
"Nepal" teqi üzrə xəbərlər
- Nepalın BMT-dəki daimi nümayəndəsi: "COP29-da olmaq bizim üçün çox vacibdir, buzlaqlarımız əriyir"
- 8 min metrlik zirvəni 50 dəfə fəth etdi: Yeni dünya rekordu
- Nepalda itkin düşən rusiyalı alpinistlərin həlak olduğu üzə çıxıb
- Nepalda avtobus çaya düşüb: Ölənlər və yaralananlar var
- Nepalda göyərtəsində beş nəfərin olduğu helikopter qəzaya uğradı: Sərnişinlərlə əlaqə kəsildi
Rəylər