Gədəbəy rayonunda ağır qəza baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Belə ki, 1985-ci il təvəllüdlü Anar Dilqəm oğlu Vəliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun qızı, 2009-cü il təvəllüdlü Rəfiqə Vəliyeva, 1996-cı il təvəllüdlü Elməddin Yusibov və 2000-ci il təvəllüdlü Sərxan Telman oğlu Rafıkar xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər