"İşədüzəlmə prosesinin təşkili və əhalinin əmək bazarına inteqrasiyasının təmin edilməsi tədbirləri çərçivəsində 2026-cı ildə ölkədə ümumilikdə 180 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur".
Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Tələbə və şagirdlərin, habelə onların valideynlərinin, işaxtaran və işsiz şəxslərin təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarının formalaşdırılmasına, karyera hədəfinin müəyyənləşdirilməsinə dəstək və əmək bazarının gələcək tələblərinə uyğun maarifləndirmə işləri aparmaq məqsədilə təşkil olunan peşəyönümü məsləhət xidmətləri ilə əhatə olunacaq şəxslərin sayı növbəti il 230 mindən çox olacaq", - nazir diqqətə çatdırıb.
Mərahim Nəsib