Rio-de-Janeyro meri Eduardo Paes Almaniya Kansleri Fridrix Mertsin fikirlərinə kəskin reaksiya verərək onu "Hitlerin oğlu", "alçaq" və "nasist" adlandırıb.
Oxu.Az xəbər verir ki, meri kanslerin Belem şəhəri haqqında sözləri hiddətləndirib.
Məsələ bundadır ki, Braziliyada keçirilən Dünya İqlim Konfransından (COP30) ölkəsinə qayıdan Merts təəssüratını bölüşərkən, dünyanın ən gözəl ölkələrindən birində yaşadığını vurğulayıb. O bildirib ki, jurnalistlərə "Kim bu ölkədə qalmaq istəyir?" sualını verəndə heç biri orada qalmaq istəmədi. Kanslerin iddia etdiyinə görə, Almaniyaya qayıtmağa hamı şad idi.
Braziliya Prezidenti Lula da Silva isə cavabında Mertsə bara getməyi, rəqs etməyi və yerli mətbəxi sınamağı məsləhət görərək bildirib ki, bax onda Merts Berlinin Para ştatı ilə Belem şəhərinin təqdim etdiyi keyfiyyətin heç 10%-ni təklif edə bilməyəcəyini anlayardı.
Eduardo Paesə gəlincə, o, Mertsi "Hitlerin oğlu", "alçaq" və "nasist" adlandırdığı paylaşımını "X" sosial şəbəkəsindən silərək yeni status yazıb:
"Bu, hirsimi soyutmaq üsulu idi. Xarici İşlər Nazirliyi, təmkinini pozma. Yaşasın Braziliya və Almaniya dostluğu!"