Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Gəlinqaya"nın əzəməti və gözəlliyi: Həmin qayalar necə yaranıb?
"Kəndinə qayıt" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Astara rayonunun Kakalos, Hamoşam və Toradi kəndlərinə səyahət edilib.
Astara rayonu Azərbaycanın cənubunda yerləşir. Bakıdan Astaraya getmək üçün 281 kilometr yol qət etmək lazımdır. 2019-cu ilin statistikasına görə, rayonda 108 634 nəfər yaşayır, onların əsas hissəsini talışlar təşkil edir.
Aparıcı Kəmalə Bədəlova Hamoşam kəndindən keçərək Astaranın ən ucqar yerlərindən biri olan "Gəlinqaya"ya üz tutub. "Gəlinqaya"nın əzəməti və gözəlliyi uzaqdan insanı heyran edir.
Bəs görəsən, həmin qayalar necə yaranıb?
Tarixçi Ağakərim Abdulov bu məkanın maraqlı hekayəsindən söz açıb.
"Qayalar haqqında belə bir əfsanə var ki, qədim zamanlarda Ərdəbildən Lənkərana gələn toy karvanının qarşısını əjdaha kəsir. O, karvandan gəlini istəyir. Bu zaman isə gəlin dua edir ki, əjdahaya qismət olmaqdansa, daşa dönsünlər. Sonra isə əjdaha və orada olan bütün insanlar daşa çevrilirlər", - deyə tarixçi bildirib. Tarixçi həmçinin "12-dən sonra talışların başı işləmir" mifi haqqında danışıb.
"Bu mifi yaradan ruslardır. 1813-cü ildə onlar Lənkəranı ələ keçirmək üçün qalaya hücum edirlər. Dekabrın 31-i gecə saat 12-yə kimi qaladakılara vaxt verirlər ki, təslim olsunlar, əks halda onları ölümlə hədələyirlər. Amma qalaya rəhbərlik edən Sadıq xan son damla qanlarına qədər döyüşəcəklərini və təslim olmayacaqlarını bildirir. Gecə saat 12-də ruslar daha müasir silahlarla qalaya hücum edir, oradakıları qılıncdan keçirərək qalib gəlirlər. Bu mifi də ölümü gözə aldıqları, sözlərindən dönmədikləri üçün yaradıblar", - A.Abdulov qeyd edib.
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Xronika: "1459-cu il xəritəsində Qafqazdakı yer adları Azərbaycan dilində verilib"
- Dövlət Xidmətinin bir qrup əməkdaşı saxlanıldı - Xəbərlərin 20:00 buraxılışı
- Dəniz və çay balıqları niyə yoxa çıxıb? - Ekspert səbəbləri açıqladı
- Qərbi Azərbaycan Xronikası: Arazdəyən, Aralıq, Aralıq Qoyun - türk tarixinin izi
- Şagirdlərdə psixoloji yorğunluğu artıran səbəblər nələrdir?