Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Avropa ölkələrinin vətəndaşlarının əmanətləri müdafiə sahəsinə yönəldiləcək
Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) vətəndaşlarının istifadə olunmamış əmanətlərinin 10 trilyon avroluq ümumi hissəsini Avropanın militarizasiyası və hərbi-sənaye kompleksinə dəstək planlarını maliyyələşdirmək üçün səfərbər etmək yollarını tapmaq niyyətindədir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə AK-nın Mətbuat Xidmətinin maliyyə xidmətləri və investisiyalar üzrə komissarı Mariya Luiş Albukerke bildirib.
"Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindən açıqlanan Avropanın yenidən silahlanması planı böyük ölçüdə özəl investisiyaların cəlb edilməsinə əsaslanacaq", - Albukerke qeyd edib.
Onun sözlərinə görə, Avropanın problemi istifadə edilməyən əmanətlərlə vəsaitə ehtiyacı olan müəssisələr arasında uçurumdur. Buna görə də, AK Aİ-nin İnvestisiya və Əmanət İttifaqı adlı proqramı çərçivəsində həyata keçiriləcək şəxsi vəsait sahiblərinin vəsaitlərini Aİ sənayesinə investisiya etmək üçün səfərbər etmək məqsədilə yeni sxem yaratmaq niyyətindədir.
"Avropa Komissiyası" teqi üzrə xəbərlər
- Corceskuya qarşı irəli sürülən ittihamın arxasında Avropa İttifaqı dayanır?
- Avropa Komissiyası avtomobil istehsalçılarına iki il möhlət verdi
- Ursula fon der Lyayen Avropanı yenidən silahlandırmaq üçün 800 milyard avroluq plan təklif etdi
- Ursula Fon der Lyayen: "Biz Ukraynanı gücləndirəcəyik"
- Avropa Komissiyası Ukrayna ilə razılaşmaya aydınlıq gətirib