Azərbaycan Milli Elmlər Akademiyasının yataqxanasının yerində tikilən dörd korpusdan ibarət binanın iki korpusunun mənzilləri yaşayış yerinə ehtiyacı olan gənc alimlərə paylanılacaq.
Oxu.Az Novosti.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, sözügedən binanın tikintisi ilin axırında başa çatdırılmalıdır. O qeyd edib ki, hal-hazırda binanın 12 və 13-cü mərtəbəsi tikilir.
AMEA-nın prezidentinin sözlərinə görə, gənclər şəhərciyinin layihəsi Elmlər Akademiyasının tədbirlər planından istisna edilməyib.
Əlizadə bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti ilə gənclər şəhərciyinin tikilməsi üçün yer seçilir.