Oğuz rayonunda ölüm hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Kənan Əsgərlinin Oğuz rayonunda apteklərin birində qəfildən halı pisləşib.
K.Ələsgərli dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək olmayıb.
İlkin ehtimala görə, o, ürək çatışmazlığından ölüb.
İlhamə Əbülfət