Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gəncədə 18 yaşlı oğlan BIÇAQLANDI
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Kəlbəcər rayon sakini 2007-ci il təvəllüdlü Ə.İsmayılzadə bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal 18 yaşlı oğlana yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
"Gəncə şəhəri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar