Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İspaniya La Liqası: "Atletiko Madrid" liderlik şansını əldən verdi
İspaniya La Liqasının 27-ci turunda "Xetafe" "Atletiko Madrid"lə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, oyun "Xetafe"nin əzmli qələbəsi ilə yekunlaşıb - 2:1.
Matçın ilk qolu 75-ci dəqiqədə vurulub. "Atletiko"nun norveçli hücumçusu Aleksandr Sörlot penalti zərbəsini qola çevirib. 88-ci dəqiqədə "Atletiko"nun hücumçusu Anxel Korrea kobud qayda pozuntusuna görə qırmızı vərəqə alıb. Bundan sonra "Xetafe" dörd dəqiqə ərzində iki qol vuraraq üç xal qazanıb
Bu məğlubiyyətlə liderlik şansını əldəmn verən "Atletiko" turnir cədvəlində 56 xalla ikincidir. "Xetafe" 33 xalla 11-ci yerdədir.
"İspaniya La Liqası" teqi üzrə xəbərlər
- İspaniya La Liqası: "Real Madrid" lider "Barselona" ilə xalları bərabərləşdirdi
- Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI
- Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI
- İspaniya La Liqası: "Barselona" darmadağınla liderliyi ələ keçirdi
- İspaniya La Liqası: "Atletiko Madrid" liderliyə yüksəldi
Ən çox oxunanlar