Mayın 7-də Azərbaycan Dövlət Aqrar Universitetində əmək yarmarkası keçirilib.
Yarmarkada respublikanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 15-dən çox şirkəti, 500 nəfərdən çox işaxtaran iştirak edib.
Oxu.Az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, keçirilən tədbirdə ümumilikdə 106 vakant iş yeri təklif olunub ki, burada da baytarlıq, aqronomluq, zoomühəndislik, maşın mühəndisliyi, aqromühəndislik, informasiya mühəndisiliyi, qida mühəndisiliyi, meliorator kimi peşələr üstünlük təşkil edib.
Yarmarkada iştirak edən iş axtaranların 35 %-i ADAU-nun bu ilki, 65%-i isə əvvəlki illərin məzunları olub.
Bütövlükdə yarmarkada iştirak edən müəssisələr 177 işaxtaranın sənədlərini qəbul edib.
Qeyd edək ki, yarmarka Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” ASC-nin və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə həyata keçirilib.
Ülviyyə R. Əli
www.oxu.az