Mayın 13-də Caspian European Club Bakıda iki biznes forum təşkil edəcək.
Oxu.Az-a şirkətdən verilən məlumata görə, birinci biznes-forum energetika naziri Natiq Əliyevin, ikinci isə Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədovun sədrliyi ilə keçiriləcək.
Biznes-forumlar çərivəsində Azərbaycanın energetika sahəsinin və downstream sektorunun inkişaf perspektivləri gözdən keçiriləcək.
Bundan başqa, Caspian European Club-un üzv şirkətlərinin sual və təklifləri dinləniləcək, dövlət qurumlarının biznes nümayəndələri ilə əməkdaşlığının genişlənməsinin perspektivləri müzakirə ediləcək.
Ülviyyə R. Əli
www.oxu.az