Şəhid Xalid Həsənin anası Maya Quliyeva ali məktəbə qəbul olub.
Oxu.Az Azxeber.com-a istinadən xəbər verir ki, Maya Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub.
Qeyd edək ki, Maya Quliyeva bundan əvvəl kollecdə təhsil alıb.
Xalid Mahmud oğlu Həsən 26 yanvar 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Həsən əslən Misirdən, anası Maya Quliyeva isə Ağdam rayonundandır.
Xalid Həsən Vətən müharibəsi zamanı - 4 noyabr 2020-ci ildə Kəlbəcər-Şuşa yolu istiqamətində, Ağdərə ərazisində şəhid olub.
O, ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə III dərəcəli "Vətənə xidmətə görə" ordeni və digər medallarla təltif edilib.