Daxili İşlər Nazirliyi (DİN) Gəncədə xanım bloqerin avtoxuliqanlıq etməsi ilə bağlı görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində həmin görüntü ilə bağlı araşdırma aparılır:
“Tezliklə sürücü barəsində qanunamüvafiq tədbir görüləcək”.
14:40
Xanım bloqer Gəncədə avtoxuliqanlıq edib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
60-BV-560 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobilin sükanı arxasında oturan xanım avtomobili sürətlə idarə etməklə riskli manevrlər edib.
Gəncənin mərkəzi parkında avtoxuliqanlıq edən xanım davamlı olaraq manevr qaydalarını pozaraq, şou xarakterli hərəkətlər edib və həmin videoları sosial şəbəkələrdə paylaşıb.
Qeyd edək ki, xanım bloqer uzun müddətdir ki, sosial şəbəkələrdə VAZ markalı avtomobillərlə çoxsaylı videolar çəkərək paylaşır.
View this post on Instagramİlhamə Əbülfət"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - Video
- Vilayət Eyvazov Kollegiya iclası keçirdi: Tapşırıqlar verdi - Foto
- Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
- Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
- Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə
Digər xəbərlər