Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Gəncədə baş verən ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI
Dünən Gəncədə mikroavtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, fevralın 2-də saat 19:00-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan müəssisələrə 5 nəfər hospitalizasiya olunub:
"Abbas Səhhət adına xəstəxanaya yerləşdirilən 2 nəfərə (kişi cinsli) zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb, qapalı kəllə-beyin, sol qolun yerdəyişmiş sınığı diaqnozu təyin edilən 1 nəfərin müalicəsi isə reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır. Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya isə 3 nəfər (qadın cinsli) yerləşdirilib".
Bildirilib ki, zəruri tibbi yardım göstərilən, vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Xatırladaq ki, dünən Gəncədə hərəkətdə olan VAZ markalı minik maşını ilə "Mercedes-Benz" markalı mikroavtobus toqquşub.
Hadisə nəticəsində 1992-ci il təvəllüdlü J.Zeynalova, 1973-cü il təvəllüdlü M.Abbasova, 1964-cü il təvəllüdlü Z.Orucova və daha iki nəfər xəsarət alıblar.
Aləmdə Nəsib
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Təmirə bağlanmış xəstəxanalar nə vaxt fəaliyyətə başlayacaq?
- Sabunçu Tibb Mərkəzində uzun növbələr yaşanır - ŞİKAYƏT
- Teymur Mirzəbəyli: "Azərbaycanda hər il 30-dək körpə kistoz fibroz xəstəliyi ilə doğulur"
- Əməliyyatdan sonra iflic olan aktyorun son durumu AÇIQLANDI: "İrəliləyişə ümid yoxdur"
- Göygöldə sürücü idarəetməni itirdi, avtomobil aşdı: Xəsarət ALANLAR VAR