Gəncə şəhəri Nizami Gəncəvi prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə zamanı 1981-ci il təvəllüdlü Həsənov Yaşarın idarə etdiyi 20-CB-326 dövlət nömrə nişanlı, “VAZ 2107” ilə 1973-cü il təvəllüdlü Rəhimov Şəhriyarın idarə etdiyi 90-OJ-128 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobil toqquşub.
Qəza nəticəsində Y.Həsənov xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Nazir Quliyev