Ötən gün Azərbaycanda bəzi quş adlarının dəyişdirilməsi ilı bağlı yayılan informasiya cəmiyyətdə birmənalı qarşılanmayıb. Xüsusilə “Maygülü” adlı quşa “Batağan” adının təklif edilməsi müzakirələrə səbəb olub.
Baku TV mövzunun aktuallığını nəzərə alaraq şəhər sakinləri arasında sorğu keçirib.
Respondentlərin bir qismi bu adların dəyişdirilməsinin o qədər də önəmli olmadığını hesab etdiyi halda, bir qismi Batağan adının daha münasib olduğu qənaətindədir.