Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Hadisə ötən gecə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.
İlkin məlumata görə, qəza BMW markalı avtomobilin sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi nəticəsində baş verib. Belə ki, sol zolaqda hərəkətdə olan sürücü qəfil sağa dönərək arxadan gələn "Opel" markalı avtomobilin qarşısına çıxıb.
Toqquşmadan sonra "Opel" yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Qaynar xətt:
(055) 224 12 12