ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Nyu-York ştatının Kapitolisinə hücum hazırlamaqda şübhəli bilinən qadını həbs edib.
Oxu.Az bu barədə "ABC News"a istinadən xəbər verir.
Məlumata görə, 35 yaşlı Cessika Boui onlayn yazışmalarda İŞİD terror təşkilatına sədaqət andı içib və iyul ayında hücum planlaşdırmağa başlayıb.
Ehtimala görə, Boui planlarını FTB-nin informatorları ilə müzakirə edib və bir neçə həftə ərzində Kapitoli ərazisində müşahidə aparıb.
Avqustun əvvəlində şübhəli şəxs partlayıcı qurğu hazırlamaq üçün komponentlər satın alıb. Bundan sonra iki həftə ərzində hazırlıq prosesi ilə bağlı informatorlarla əlaqə saxlayıb.
Daha sonra FTB-nin informatorları onunla görüşərək partlayıcı qurğu, tapança maketi və qurğunun işə salınması ilə bağlı təlimatlar təqdim ediblər. Qadın bundan qısa müddət sonra həbs olunub.