Gəncə şəhəri, Məhsəti qəsəbəsi, şəhid Müşfiq Adıgözəlov adına küçə hər dəfə yağan yağışdan sonra acınacaqlı vəziyyətə düşür.
İntensiv yağışlar zamanı sözügedən küçədə 10-a yaxın ev suyun içində qalır. Küçədə yaranan gölməçə keçilməz olduğundan sakinlər yolu hər iki tərəfdən kəndirlə bağlayırlar.
"Evlərimiz suyun içindədir. Hamı evini satışa çıxarıb. İstəyirlər ki, suyun əlindən çıxıb getsinlər. Uşaqlarımız məktəbə gedə bilmirlər. Taksi də gəlmir bura. Nə girə bilirik, nə də çıxa bilirik, zülmün içində qalmışıq", - deyə Gəncə sakini narazılığını dilə gətirib.
İllərdir həllini tapmayan problemlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda içməli və çirkab su sistemlərinin yenidən qurulmasını hədəfləyən layihə həyata keçirilir.
Layihənin Məhsəti qəsəbəsində də icrasından sonra mövcud problem həllini tapacaq.
Ətraflı Baku TV-nin süjetində:
İntensiv yağışlar ölkənin bəzi bölgələrində ciddi fəsadlar törətdi: "Evlərimiz suyun içindədir"
Gəncə şəhər Məhsəti qəsəbəsində yağış suları küçələrə dolub, yollarda hərəkət çətinləşib.
"Report"un məlumatına görə, gecə saatlarında yağan güclü yağış Gəncə şəhərində bəzi küçələrdə fəsadlar törədib.
Şəhərin Məhsəti qəsəbəsində bir neçə küçəyə yağış suları dolub. Avtomobil və piyadaların hərəkətində çətinliklər yaranıb.
Şəhər ərazisində hazırda yağıntılı hava şəraiti müşahidə olunmur.
Rəylər