Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Buta Palace”-da Gənclər Günü münasibəti ilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, nazir müavinləri, 2015 Bakı Avropa oyunlarının əməkdaşları, KİV nümayəndələri, fəal gənclər və digər qonaqlar iştirak ediblər.
Gənclər Günü münasibəti ilə keçrilən tədbirdə elm, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclərə Prezident mükafatı təqdim olunub.
Sonra İsmayıllı rayonu Azərbaycanın gənclər paytaxtı elan edilib.
Simvolik açarı gənclər və idman nazirinin müavini İntiqam Babayev təqdim edib.
E.Ə
FOTO: Nüsrət Abdullayev
www.oxu.az