Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən istefa verib.
“Report”un yerli bürosu məlumat verir ki, iki ay əvvəl Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunan Fuad Babayev öz istəyi ilə işdən çıxıb. Onun yerinə hələ ki təyinat yoxdur.
Qeyd edək ki, o uzun illər Gənclər və İdman Nazirliyində Gənclərlə İş Şöbəsinin müdiri vəzifəsində çalışıb.