Gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə, Elnur Məmmədov müvəqqəti olaraq, nazirliyin İdman şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu təyinatadək Elnur Məmmədov AFFA və Voleybol Federasiyasında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) və Qırğızıstan Respublikasında idman sahəsində çalışıb.
Qeyd edək ki, əvvəl bu vəzifədə Olimpiya çempionu Fərid Mansurov çalışırdı. O bu aydan ADBTİA-nın idman işləri üzrə prorektoru təyin olunub.