Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Gənclik" metrostansiyasının iş rejimi gücləndiriləcək
UEFA Çempionlar Liqası turnirinin III təsnifat mərhələsində "Qarabağ" Futbol Klubunun bu gün keçirəcəyi oyunla əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq görüş ərəfəsində yaxınlıqda yerləşən "Gənclik" stansiyası metronun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək.
Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiyada nəzarət mexanizmləri gücləndiriləcək. Bu məqsədlə növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq. Stansiyada sərnişinlərin səmti daha rahat müəyyən etməsi, xüsusən matçdan sonra yönləndirilməsi əsas vəzifə olacaq. Ehtiyat tədbirlər "Nərimanov" və "28 May" stansiyalarında da görüləcək.
Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Lakin qarşılaşma başa çatandan sonra qatarların hərəkəti "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Olavio Juninyonun "Flamenqo"ya keçidi tamamlandı - Həyat yoldaşı Azərbaycan xalqına təşəkkür etdi
- "Neftçi" və "Qarabağ" eyni hücumçuya elçi düşüb
- Azərbaycan Premyer Liqasında transfer pəncərəsi: Gələn və gedən futbolçular
- "Qarabağ" Juninyonun boşluğunu rumıniyalı futbolçu ilə doldurmaq istəyir - İDDİA
- UEFA Avropa Liqası: "Qarabağ" - FCSB görüşünün biletləri satışa çıxarılır
Rəylər