Azərbaycan Televiziyasında (AzTV) yayımlanan “Gün başladı” verilişində “Global Photo Stock”un əməkdaşının çəkdiyi və sosial şəbəkələrdə geniş yayılan fotolarından danışılıb.
Oxu.Az-ın məlumatına görə, verilişin qonağı “Global Photo Stock”un əməkdaşı, fotoqraf Kərim Abbasov olub.
O bildirib ki, 2014-cü ildən şəkillər çəkir:
“Şəkli çəkmək üçün saatlarla gözlədiyim vaxtlar olur. Az adam olan yerlərdə daha uğurlu şəkillər çəkmək mümkündür”.
O qeyd edib ki, Kubaya gedib foto çəkmək arzusundadır.